Qrup haqqında


   "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (Baxşəliyev) (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərov (kamança).

   Repertuar etibarilə qrup əsasən - ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir.

   "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən Mövlana Cəlaləddin Rumini anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin mayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.

   Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir.

   "Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir.

   Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin - AzTV, Space, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur.

   "Savalan" qrupu 2009-cu il "Gun Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABS-in Cikago səhərinə dəvət olunmusdur. "Gun Az" TV-nin 4 illik yubileyi ilə əlagədər olarag grup bir necə konsertlə çıxış etmişdir.

   "Dədə-Qorqud"a həsr olunmuş tədbirlərdə qrupumuzun, 30 sentyabr 2009-cu ildə Slavyan Universitetində və 2009-cu il 2 oktyabr tarixində Kapellhausda Almaniyadan gəlmiş musiqi qrupu ilə birlikdə konsert çıxışları olmuşdur.

   "Savalan" qrupu hal-hazırda yeni layihələr üzərində işləyir.

© 2010, "Savalan" Müzik Grubunun resmi internet sayfası hazırlanmıştır. thib@thib.bi